Mövsümün ikinci yarısına hazırlaşan "Keşlə” kamerunlu futbolçu Anatole Abanqı heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq Moldovanın "Şerif” klubunda oynayan Anatole buna qədər Çinin "Nantoq”, ABŞ-ın "Nyu York Red Bulls”, Rumınıyanın "Astra”, Finlandiyanın SJK, Danimarkanın "Hobro” və Kamerunun "Reynbou” klublarında çıxış edib.
Kamerun millisində 6 oyuna çıxan Abanq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az