Kazemiro İngiltərə Premyer Liqasının üçüncü turunda "Mançester Yunayted"in heyətində debüt edə bilər.
Fanat.Az xəbər verir ki, bu iddia "El Chiringuito" məxsusdur.
Mənbənin məlumatına görə, 30 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı mankunianlılarla "Real Madrid" arasında danışıqlar son mərhələyə qədəm qoyub. Madrid klubu braziliyalıya görə qarşı tərəfdən 70 milyon avro almaq istəyir.
"Mançester Yunayted" isə onun avqustun 22-də Old Traffordda "Liverpul"a qarşı oynamasını hədəfləyir.
Mirağa