Karrager "Liverpul"un çempionluq uğrunda mübarizədə əsas üstünlüyünü açıqladı

Karrager "Liverpul"un çempionluq uğrunda mübarizədə əsas üstünlüyünü açıqladı

"Liverpul"un sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager mersisaydlıların  İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsində rəqiblərindən nədə üstün olduğunu açıqlayıb.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, o, belə danışıb:

"Beş əvəzləmə qaydası tətbiq olunandan bəri bundan "Liverpul"un baş məşqçisi Yürgen Klopp qədər yaxşı istifadə edən görməmişəm. Məsələn, "Arsenal"ın çempionluq şanslarını dəyərləndirərəkən onların hamıdan yaxşı müdafiə olunduqlarını qabardırıq. Bəlli məsələdir ki, "Mançester Siti" ən yaxşı komandadı və bu kollektivin heyətində fərdi keyfiyyətləri ilə seçilənlərin sayı daha çoxdur. Amma "Liverpul" məhz ehtiyat oyunçular skamyasının hesabına İPL-in qalibi ola bilər. Statistikaya baxsaq, "qırmızılar" vurduqları qolların 38 faizinə 75-ci dəqiqədən sonra imza atıblar. Təsəsvvür edirsiniz? Bu, o deməkdir ki, onların ehtiyat oyunçuları matçların taleyini həll etməyi bacarırlar. Oyuna sonradan qoşulanların vəziyyəti dəyişməsi Kloppun xidmətidir".

Qeyd edək ki, 27 tura 63 xal toplayan toplayan "Liverpul" İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. İkinci yerdəki "Mançester Siti"nin 62, üçüncü pillədəki "Arsenal"ın isə 61 xalı var.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər