Rusiyanın "Sibir" klubunun 22 yaşlı futbolçusu Konstantin Popov komandanın kapitanı Sergey Narılkovdan polisə şikayət edib.
Fanat.Az xəbər verir ki, informasiyanı TASS yayıb.
Xəbərə görə, məşqdən sonra paltardəyişmə otağında Konstantinlə Sergey arasında insident yaşanıb. Mənbə 36 yaşlı kapitanın Popovun çənəsini sındırdığını və onun xəstəxanaya yerləşdirildiyini vurğulayıb. Polisin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilib.
Nihat