"Sevilya"nın mərkəz müdafiəçisi Jül Kunde "Barselona"ya keçmək istəyir.
Fanat.Az xəbər verir ki, belə bir iddia ilə İspaniyanın AS nəşri çıxış edib:
"Fransalı futbolçu bir müddət əvvəl "Sevilya"dan "Barselona"ya keçməyə dəyərmi?", - deyə düşünürdü. Kataloniya klubunun qeyri-müəyyən iqtisadi durumu futbolçunu narahat edirdi.
Ancaq indi Kunde "Barsa"ya keçmək variantını üstün tutur".
Qeyd edək ki, 23 yaşlı müdafiəçi uğrunda "Çelsi" də mübarizə aparır.
Emin