Georgi Çixradze "Sumqayıt"la oyunla (3:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un gürcü baş məşqçisi uğursuzluğa son qoyduqlarını deyib:
"Biz birinci hissədə oynaya bilmədik. İlk 45 dəqiqə ağır keçdi. Ardıcıl oyunlarda qeydə alınan məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi. Fasilədə oyunçularımla söhbət etdim, dəyişikliklərə getdik. Onları fasilədə yenidən oyuna köklədim. Futbolçularımız bu qarşılaşmada xarakter göstərdi. Biz qara zolaqda idik. Amma “Sumqayıt” üzərində qazanılan qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm”.
Fanat.az