Avstriyada təlim-məşq toplanışında olan "Simurq"un düşərgəsinə iki yeni futbolçu gəlib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, düşərgədə iki yeni futbolçu var. Məşqçilər korpusu onlarla bağlı qərarı yoxlama görüşlərindən sonra verəcək. Həmin futbolçuların adları açıqlanmayıb.
Fanat.az