İtalyan futbolçu Ceki Çana görə 10 oyunluq cəzalandı

İtalyan futbolçu Ceki Çana görə 10 oyunluq cəzalandı

Hazırda İtaliyanın B Seriyası təmsilçisi "Çezena"da icarə əsasında çıxış edən müdafiəçi Marko Kurto irqi təhqirə görə FİFA tərəfindən 10 oyunluq cəzalanıb.

Fanat.Az "Reuters"-ə istinadən xəbər verir ki, o, yayda yoldaşlıq oyunu zamanı "Vulverhempton"un hücumçusu Hvanq Hee-çana qarşı irqçi davranıb.  

Mənbənin məlumatına görə, hadisə Kurtonun müqavilə ilə məxsus olduğu İtaliyanın "Komo" komandası iyulda İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olarkən baş verib. Futbolçu oyunun gedişində komanda yoldaşı ilə danışarkən Hvanq haqda belə deyib: "O, özünü Ceki Çan hesab edir, ona baş qoşma".

Hvanq Hee-çanın şikayətindən sonra FİFA Kurtonun diskriminativ davranışına görə diskvalifikasiyasını təsdiqləyib. Futbolçu cəzanın yarısını indi çəkəcək, daha beşi isə iki illik sınaq müddəti ilə tətbiq olunacaq.

"Vulverhempton" Kurtonun diskvalifikasiya olunması qərarını alqışlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər