İtaliya yığmasında 30 futbolçu

İtaliya yığmasında 30 futbolçu
İtaliya yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Cesare Prandelli 30 futbolçüya dəvət göndərib. 
Təlim-məşq toplanışından və yoxlama oyunlarından sonra Braziliyaya gedəcək 23 nəfərlik heyət müəyyənləşəcək. Heyətdə cəmi 3 legioner yer alıb. Onlardan ikisi PSJ-nin, biri "Zenit"in formasını geyinir.
Qapıçılar: Canluici Buffon (Yuventus), Salvatore Siriqu (PSJ, Fransa), Mattia Perin (Ceona), Simon Skuffet (Udineze).
Müdafiəçilər: Andrea Barzaqli, Leonardo Bonuççi, Qiorqio Çiellini (hamısı "Yuventus"), İqnazio Abate, Mattia De Skiqlio (ikisi də "Milan"), Kristian Maggio (Napoli), Qabriel Paletta (Parma), Andrea Ranoççia (İnter), Domenico Kriskito (Zenit, Rusiya).
Yarımmüdafiəçilər: Klaudio Marçisio, Andrea Pirlo (ikisi də "Yuventus"), Alessandro Florenzi, Daniel De Rossi (Roma), Antonio Candreva (Latsio), Rikkardo Montolivo (Milan), Marko Parolo (Parma), Romulo (Fiorentina), Tyaqo Motta, Marko Verratti (ikisi də PSJ, Fransa).
Hücumçular: Alessio Kerçi, Siro İmmobile (ikisi də "Torino"), Mario Balotelli (Milan), Antonio Kassano (Parma), Alberto Cilardino (Ceona), Lorenzo İnsigne (Napoli), Guzeppe Rossi (Fiorentino).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər