İtaliya nəhəngi siyasətini dəyişdi - 25 yaşdan yuxarı futbolçular...

İtaliya nəhəngi siyasətini dəyişdi - 25 yaşdan yuxarı futbolçular...

İtaliyanın "İnter" klubu yaşlı futbolçuların transferindən imtina etmək qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Paskal Quarro yayıb. 

Xəbərə görə, "neradzurri"nin rəhbərliyi qarşıdan gələn transfer pəncərələri üçün yeni qayda tətbiq ediblər - klub bundan sonra 25 yaşdan yuxarı futbolçularla müqavilə imzalamayacaq. Beləliklə, klubun sahibi komandanı gəncləşdirmək və maaş xərclərini azaltmaq istəyir. Hazırda "İnter"də yaşı 30-dan yuxarı olan 11 futbolçu var ki, onlardan dördünün yaşı 35 və daha böyükdür. Komandada yalnız üç nəfərin yaşı 24-dən aşağıdır. 

Hazırkı İtaliya çempionu bazar günü səfərdə "Fiorentina" ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər