Batumi "Dinamo"sunun sabiq yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Napoli"nin mətbuat xidməti, eləcə də A Seriyasının rəsmi saytı gürcü futbolçunun keçidini elan edib.
Futbolçunun transferinin məbləği açıqlanmayıb. Ancaq İtaliya mətbuatının yazdığına görə, onun transfer məbləği təxminən 10 milyon avrodur. Üstəlik, Xviça ildə təxminən 1 milyon avro qazanacaq.
Kvaratsxeliya 2021/2022 mövsümünə Kazan "Rubin"ində başlayıb. Bu ilin martında “Rubin”lə müqaviləyə xitam verərək Batumi “Dinamo”su ilə 2 illik müddətə müqavilə imzalayıb.
Xatırladaq ki, Xviça Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.
Mirağa