İtaliya A Seriyasının ən uğursuz transferləri - HEYƏT

İtaliya A Seriyasının ən uğursuz transferləri - HEYƏT
"La Gazzetta dello Sport" İtaliya A Seriyasında son iki ilin ən uğursuz transferlərindən ibarət rəmzi heyəti hazırlayıb.
Fanat.Az xəbər verir ki, 4-3-3 düzülüşü üzrə yığılmış komandanın ümumi dəyəri 221 milyon avro təşkil edir. Oyunçuların transfer məbləğləri nəşrin hesablamaları əsasında müəyyənləşdirilib:
Qapıçı: Aleks Meret (30 milyon avro qarşılığında SPAL-dan "Napoli"yə);
Müdafiəçilər: Leonardo Spinatsola (23,5 milyon, "Yuventus"dan "Roma"ya), Dieqo Qodin (5 milyon, "Atletiko"dan "İnter"ə), Denis Vavro (10 milyon, "Kopenhagen"dən "Latsio"ya), Antonio Barreka (10 milyon, "Nyukasl"dan "Cenoa"ya);
Yarımmüdafiəçilər: Lukas Paketa (30 milyon, "Flamenqo"dan "Milan"a), Adrien Rabyo (20 milyon, PSJ-dən "Yuventus"a), Xavyer Pastore (10 milyon, PSJ-dən "Roma"ya);
Hücumçular: Simone Verdi (20 milyon, "Napoli"dən "Torino"ya), Aleksis Sançes (27,5 milyon, "Mançester Yunayted"dən "İnter"ə), İrvinq Losano (35 milyon, PSV-dən "Napoli"yə).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər