"Barselona"nın prezidenti Joan Laporta PSJ-nin argentinalı superulduzu Lionel Messidən danışıb.
Fanat.Az xəbər verir ki, klub başqanının söylədiklərini AS nəşri belə çatdırıb:
"Bəlli məsələdir ki, Messi "Barselona"dan hamımızın arzuladığı şəkildə ayrılmadı. Belə ayrılığa görə özümü cavabdeh sayıram. Ancaq hesab edirəm ki, bu, hələ son deyil. Leoya mənəvi borcumuz var. İstəyərdim ki, o, karyerasını "Barselona" forması ilə bitirsin və həyatın bütün sferalarında gurultulu alqışlar qazansın".
Xatırladaq ki, 2000-ci ildən "Barselona"da olan Messi ötən yay İspaniya nəhəngini azad agent statusu ilə tərk edərək PSJ-yə keçib.
Nihat