İspaniya klubu rus futbolçudan niyə imtina edib? - Agenti açıqladı

İspaniya klubu rus futbolçudan niyə imtina edib? - Agenti açıqladı

Moskva "Dinamo"sunun hücumçusu Konstantin Tyukavinin agenti Aleksey Safonov İspaniyanın "Kirona" klubunun müştərisinin xidmətindən imtina etməsinin səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Sports.ru" onun sözlərini belə çatdırıb:

"Bəli, "Jirona" Tyukavini sıralarına cəlb etmək istəyirdi. Onlar Kostya ilə maraqlanırdılar. Amma həmin vaxt "Jirona"nın heyətində Tsıqankov və Dovbik kimi ukraynalı futbolçular var idi. Məhz bu məqama görə İspaniya klubu Kostyanın transferindən vaz keçdi. Maraqlanmaq hələ almaq demək deyil".

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər