Bütün dünyanı qorxuya salan İŞİD terror təşkilatı futbola da ayaq açıb. Fanat.az xəbər verir ki, İraq və Suriyanın böyük hissəsini işğal edən təşkilat futbol çempionatı keçirmək qərarına gəlib.
Çempionatın Liviyanın Derna şəhərində keçiriləcəyi açıqlanıb. "Alfajer" telekanalına açıqlama verən terrorçular "Çempionatın başlama tarixini təhlükəsizlik səbəbindən açıqlamırıq. Yarışda Əfqanıstan, İraq, Misir, Suriya və Liviyadan futbolçular iştirak edəcək. Oyunçuların əksəriyyəti İŞİD-ə qoşulmadan öncə də peşəkar futbolçular olub. Bizim çempionatda oyun qaydaları da fərqli olacaq. Şəriət qanunlarına sadiq qalacağıq" deyiblər.
Fanat.az