Fransanın "Lill" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında baş tutan hazırlıq oyununda dava düşüb. Fanat.az xəbər verir ki, qarşılaşmanın 84-cü dəqiqəsində stadiona girən və əllərində Fələstin bayraqları olan azarkeşlərlə "Makkabi"nin futbolçuları arasında insident baş verib.
Əllərində Fələstin bayraqları olan bir qrup azarkeş, futbolçuların üstünə hücum ediblər. Təhlükəsizlik əməkdaşalrının hadisəyə vaxtında müdaxilə etməsi, insidentin böyüməsinin qarşısını alıb.
Qarşılaşma çıxan hadisələr üzündən hakimi oyunu 85-ci dəqiqədə dayandırmaq məcburiyyətində qalıb.
Fanat.az