İranlı futbolçulara şəkil qadağası

İranlı futbolçulara şəkil qadağası

İran Futbol Federasiyası ölkə yığmasının futbolçularına xəbərdarlıq edib. Fanat.az xəbər verir ki, xəbardarlıqda yığmanın futbolçularına qadın azarkeşlərlə şəkil çəkdirmik qadağan olunub. 

Futbolçular bu qadağaya əməl etməsələr, cəzalanacaqlar. İran Futbol Federasiyasının etika komitəsinin rəhbəri Əli Əkbər Мəhəmmədzadənin fikrincə, bu cür şəkillərdən milli komandanın oyunçularına qarşı istifadə oluna bilər: “Yığma üzvləri əmin olmalıdı ki, onlardan siyasi alət kimi istifadə etməyəcəklər. Buna görə də onlar hər şəxslə şəkil çəkdirməməlidi. Oyunçular bu mövqeyə hörmət etməyəcəklərsə, biz tədbir görməyə məcbur olacağıq”.

 

İran qanunlarına əsasən, qadınlara kişilərin iştirakı ilə keçirilən idman tədbirlərinə qatılmaq qadağandı. Avstraliyada keçirilən Asiya Kubokunda İran yığmasının formasında olan çoxlu qadın azarkeşlər görmək mümkündü.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər