İPL: "Şəhərlilər" "Liverpul"dan darmadağınla uzaqlaşdı

İPL: "Şəhərlilər" "Liverpul"dan darmadağınla uzaqlaşdı

Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. 

Fanat.Az xəbər verir ki, bu gün dörd görüş reallaşıb.

Lider “Mançester Siti” səfərdə “Vulverhempton”u darmadağın edərək zirvədəki mövqeyini möhkəmləndirib və əsas izləyicisi “Liverpul”dan uzaqlaşıb. 

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Çelsi” səfərdə “Lids”i böyük hesabla məğlub edib. London təmsilçisi hazırda 70 xalla 3-cüdür. 

“Lester Siti” doğma meydanda “Norviç Siti”ni 3 cavabsız qolla yenib. 

“Uotford” – “Everton” matçında hesab açılmayıb. 

İngiltərə Premyer Liqası 11 may

21-ci turun oyunu

Lester Siti – Norviç Siti 3:0 Qollar: Vardi, 54; 62. Meddison, 70.

30-cu turun oyunu

Uotford – Everton 0:0

33-cü turun oyunları

Lids – Çelsi 0:3 Qollar: Maunt, 4. Pulişiç, 55. Lukaku, 83.

Vulverhempton – Mançester Siti 1:5 Qollar: Dendonker, 11 – De Bruyne, 7; 16; 24; 60. Sterlinq, 84.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər