İngiltərə Liqa Kuboku: "Liverpul"dan dramatik qələbə

İngiltərə Liqa Kuboku: "Liverpul"dan dramatik qələbə

Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.   Səfərdə “Brentford”u yenən “Çelsi” inamlı qələbə sayəsində adını yarımfinala yazdırıb. “Tottenhem” isə “Vest Hem”in qarşısını kəsib. 

“Liverpul” – “Lester Siti” duelinin əsas vaxtında 6 qol vurulsa da, qalibi penaltilər seriyası müəyyənləşdirib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” yarımfinala yüksəlib.

  İngiltərə Liqa Kuboku 1/4 final

22 dekabr   Brentford – Çelsi 0:2 Qollar: Yansson, 80-öz qapısına. Jorjinyo, 85-pen.   Liverpul – Lester Siti 3:3 (penaltilər 5:4) Qollar: Oksleyd-Çemberleyn, 19. Jota, 68. Minamino, 90+5 – Vardi, 9; 13. Meddison, 33.   Tottenhem – Vest Hem 2:1 Qollar: Berqveyn, 29. Moura, 34 – Bouen, 32.

21 dekabr   Arsenal – Sanderlend 5:1 Qollar: Nketia, 17; 49; 58. Pepe, 27. Patino, 90+1 – Broadhed, 31.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər