"Vest Bromviç” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vest Hem”in şotland yarımmüdafiəçisi Robert Snodqrassı transfer edib.
33 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
2017-ci ildən "Vest Hem”in uğurları üçün çalışan Snodqrass bu komandanın heyətində 85 oyuna 11 qol vurub. Şotlandiya yığmasında keçirdiyi 28 oyunda 7 qola imza atmış vinger karyerası ərzində "Hall Siti”, "Norviç Siti”, "Lids”, "Stirlinq Albion” və "Livinqston” klublarında da oynayıb.
"Vest Bromviç” bu mövsüm Premyer Liqada 17 oyuna cəmi 8 xal toplayıb və 20 kollektiv arasında 19-cudur. Snodqrass autsayderin bu qış fasiləsi dönəmində ilk transferidir.
Fanat.Az