İngiltərə klubu rekord məbləğə transfer etdi - RƏSMİ

İngiltərə klubu rekord məbləğə transfer etdi - RƏSMİ
İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Lids" yeni transferini açıqlayıb. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, debütant "Valensiya"dan Rodriqo Morenonu transfer edib. 29 yaşlı ispan hücumçu ilə 4 illik müqavilə imzalanıb. 
İngiltərə mediasının məlumatına görə, "Lids" qarşı tərəfə 30 milyon avro ödəyib. Bu klub tarixinin ən bahalı transferi olub. 
Qeyd edək ki, Rodriqo Moreno 2019/20 mövsümündə "Valensiya"nın heyətində 34 oyun keçirib, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər