İngiltərə klubu millimizin futbolçusunun transferində israrlıdı

İngiltərə klubu millimizin futbolçusunun transferində israrlıdı
İngiltərənin "Koventri" klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferində israrlıdı.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, 1-ci liqa klubunun baş məşqçisi Mark Robins rəhbərlikdən "Vulverhempton"da çıxış edən futbolçumuzun keçidini həll etməyi xahiş edib. Mütəxəssis 21 yaşlı forvardla hücum xəttindəki problemi həll etmək istəyir. 
Məlumata görə, "Koventri" rəhbərliyi Premyer Liqa klubuna təklif göndərməyə hazırlaşır. Aşağı liqa təmsilçisi Renatı icarəyə götürmək niyyətindədi.
Amma bu keçid baş tutumaya da bilər. Belə ki, "Vulverhempton"un baş məşqçisi Nuno Eşpirito Santo yığmamızın üzvünü əsas komandaya cəlb etməyi planlaşdırır.
Bu arada "Birmingem Mail" nəşrinin "Vulverhempton" üzrə müxbiri Aleks Diken coventrytelegraph.net saytına açıqlamasında Renat Dadaşovun "Koventri" klubuna mümkün keçidindən danışıb. 21 yaşlı hücumçunun cari mövsümün ilk yarısını Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirdiyini xatırladan ekspert onun kifayət qədər güclü bədənə sahib olduğunu bildirib: 
"Onu yaxından görənlər yalnız "Vulverhempton"un U-23 komandasının oyunlarını stadiondan izləyən qatı azarkeşlərdi. Böyük ehtimalla, əsl cərimə meydançası hücumçusu olacaq. Çünki enerjisindən düzgün yararlanır və əlavə güc sərf etmir. Çox sürətlidi, dar sahədə ayaqla yaxşı oynaya bildiyini dəfələrlə göstərib".
Dadaşovun qış fasiləsində "Birmingem"dən təklif aldığını söyləyən Diken onun təklifi qəbul etməməklə doğru addım atdığını vurğulayıb: 
"Yaxşı tanıdığı və özünü rahat hiss etdiyi komandada futboldan zövq almağa üstünlük verdi. Renat yüksək səviyyədə futbol oynamasa da, göstəriciləri çox yaxşıdı. Azərbaycan millisini seçməmişdən əvvəl Almaniyanın aşağı yaşlılar üzrə yığmalarında özünü yaxşı tərəfdən göstərməyi bacarıb".
Qeyd edək ki, Renatı İngiltərənin "Birmingem" klubu da heyətinə qatmaq niyyətindədi. Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib. O, mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər