İngiltərə çempionundan yeni müqavilə - RƏSMİ

İngiltərə çempionundan yeni müqavilə - RƏSMİ

"Mançester Siti" Rodri ilə yeni anlaşma imzalayıb.

Fanat.Az "şəhərlilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqavilənin müddəti uzadılıb.

26 yaşlı ispaniyalı ilə yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub. 

Rodri bu haqda klubun saytına açıqlama verib: “Mançester Siti"yə keçmək karyeramın ən yaxşı qərarıdır. İlk saniyədən klubu bəyəndim. Azarkeşlər məni çox yaxşı qarşıladılar. Səviyyəmi mükəmməl şəkildə qaldırdım, buna görə Xosep Qvardiola və onun heyətinə təşəkkür etmək istəyirəm. Onlar mənə potensialımı maksimum dərəcədə artırmağa kömək edəcəklər, onların əməyini yüksək qiymətləndirirəm”.

Rodri “Mançester Siti”yə 2019-cu ilin iyulunda “Atletiko Madrid”dən keçib. Ötən mövsüm “şəhərlilər”ın heyətində bütün yarışlarda 46 oyuna çıxan futbolçu 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər