Fransada futbol üzrə həvəskar liqa klublarından olan “Merli-Qomont”un qapıçısı meydanda inanılmaz hərəkət edib. ANS PRESS-in məlumatına görə, Fransanın cənubunda yerləşən Merli-Qomont qəsəbəsinin klubu biabırçı məğlubiyyətlə üzləşib.
Buna səbəb isə qapıçının etdiyi hərəkət olub. “Tupiqni” klubu ilə keçirilən oyunda meydan sahibləri qapılarından 20 cavabsız top buraxıblar.
“Merli-Qomont”un eyni zamanda fermer olan qapıçısına matçın 25-ci dəqiqəsində zəng gəlib və ona inəklərindən birinin balalamaq üçün klinikaya aparıldığı bildirilib. Qapıçı xəbəri eşidincə, meydançanı tərk edib.
Qapıçının oyunu yarımçıq qoyub getməsi komanda üçün baha başa gəlib. Heyətdə 14 zədəli futbolçu və 4 futbolçunun 16 yaşında olması klub məşqçisinin qapını qorumağa məcbur edib.
Maraqlı oyun ölkə mətbuatı ilə yanaşı, dünya ictimaiyyətinin də marağını cəlb edib.
Fanat.az