"Barselona"ya qayıtmaq istəyən Neymarın transferi ilə bağlı yenilik var.
Fanat.Az xəbər verir ki, bununla bağlı Fransa və İspaniya mediası məlumat yayıb. Həmkarlarımız PSJ-nin bu transfer üçün şərtlərini açıqlayıb.
"Barselona" prezidenti Josep Maria Bartomeu Oskar Qrau, Erik Abidal və Xavyer Bordasdan ibarət heyəti danışıqlar aparmaq üçün Parisə göndərib. Onlar bu gün PSJ rəsmiləri ilə yenidən görüşərək yeni təkliflə çıxış edəcək. İddia olunur ki, kataloniyalılar Neymarı bu mövsüm icarəyə götürmək, gələn mövsüm isə 170 milyon avro ödəyərək transfer hüququnu almağı təklif edəcək.
PSJ isə Neymar üçün 250-300 milyon avro arası məbləğ tələb edir. Paris klubu öz tələbini də irəli sürüb. Onlar 100 milyon avro ilə yanaşı, "Barselona"dan Osman Dembele və Nelson Semedonu istəyir. Bu iki futbolçunun transfer qiyməti 150-200 milyon avro aralığında dəyərləndirilir.
Fanat.Az