İlin transfer bombası: Usayn Bolt Super Liqa yolunda

İlin transfer bombası: Usayn Bolt Super Liqa yolunda
Atletika üzrə qat olimpiya çempionu Usayn Bolt futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, atletika karyerasını bitirdikdən sonra futbola başlayan yamaykalı idmançı Türkiyənin "Sivasspor" klubundan təklif alıb.
"TRT Spor"un məlumatına görə, hazırda Super Liqa klubu Boltla danışıqlar aparır. Tərəfələr arasında artıq ilk görüş də baş tutub.
Qeyd edək ki, Useyn Bolt karyerasına Avstraliyanın "Sentral Kost Mariners" klubunda başlayıb. Lakin sonradan müqavilə şərtləri ilə razılaşmayıb və komandadan ayrılıb. Onun xidmətində Dieqo Maradonanın baş məşqçisi olduğu Meksikanın "Dorados de Sinaloa" klubunun da maraqlı olduğu bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər