İlin "transfer bombası" partlayır - Danışıqlar başladı

İlin "transfer bombası" partlayır - Danışıqlar başladı
Dortmund "Borussiya"sının gənc ulduzu Erlinq Haland karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Barselona" və "Real" norveçli forvardın transferi üçün danışıqlara başlayıb.
Bu məqsədlə Halandın meneceri Mino Raiola və atası Alf-İnge Haland Barselonaya yollanıb. Onlar "Barselona" prezidenti Xuan Laporta ilə görüşərək transferlə bağlı müzakirələr aparıb.
İtaliyalı jurnalist Fabritsio Romano isə Halandın meneceri və atasının Barselonadan Madridə uçduğunu yazıb. Onun sözlərinə görə, Mino Raiola və Alf-İnge Haland İspaniyanın paytaxtında "Real" rəsmiləri ilə görüşərək danışıqlar aparıblar. 
Qeyd edək ki, Haland ötən ilin yanvarında "Zalsburq"dan "Borussiya"ya 20 milyon avroya transfer olunub. "Transfermarkt"ın 110 milyon avro qiymət qoyduğu 20 yaşlı forvard bu mövsüm oynadığı 31 oyunda 33 qol vurub və 8 məhsuldar ötürmə edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər