İlin futbolçusu oldu

İlin futbolçusu oldu

İngiltərə Futbol Yazarları Birliyi “Liverpul”un ulduz futbolçusu Luis Suarezi ilin futbolçusu adına layiq görüb. Fanat.az xəbər verir ki,  300-d ən artıq jurnalistin iştirak etdiyi səsvermədə əksər səslər Suarezin lehinə verilib. 

Bu mövsüm olduqca baxımlı oyun nümayiş etdirən 27 yaşlı futbolçu 30 qol vurub. Bu siyahıda ikinci yeri Suarezin komanda yoldaşı Stiven Cerard, sonrakı yeri isə “Mançester Siti”nin fubtolçusu Yaya Ture tutub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər