İlin ən yaxşı qadın futbolçusu Bonmati oldu

İlin ən yaxşı qadın futbolçusu Bonmati oldu

“Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati 2023/24 mövsümünün yekununa əsasən qadınlar arasında “Qızıl top”un sahibi olub. 

Fanat.Az xəbər verir ki, ona mükafatı tanınmış aktrisa Natali Portman təqdim edib.

Dünyanın ən yaxşı qadın futbolçularının üçlüyünə daxil olan digər iki nəfər də “Barselona”nın üzvləridir. Söhbət hücumçular Karolin Qrem Hansen və Salma Paralyuelodan gedir. 

Bonmati ardıcıl ikinci dəfə mükafatı qazanır. O, ötən mövsüm də ən yaxşı seçilmişdi. 

Qeyd edək ki, ötən mövsüm Aytana “Barselona” ilə birgə Çempionlar Liqasının, İspaniya çempionatının, kubokunun və Superkubkunun qalibi olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər