IFFHS ilin ən yaxşı futbolçusunu açıqladı - Bellingem 3-cü oldu

IFFHS ilin ən yaxşı futbolçusunu açıqladı - Bellingem 3-cü oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb.

Bu ada İspaniya millisinin və Mançester Siti"nin yarımmüdafiəçisi Rodri layiq görülüb.

28 yaşlı oyunçu 191 xalla birinci olub.

Braziliya millisinin və İspaniyanın "Real Madrid"in vingeri Vinisius Junior (166 xal) 2-ci, "Real"ın digər üzvü Cud Bellingem (62 xal) 3-cü yeri tutub.

Xatırladaq ki, Rodri bu il "Qızıl top" mükafatını da qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər