Məşhur "Whoscored" statistik portalı Avropanın beş ən böyük liqasında 2019/2020 mövsümünün ən yaxşı transferlərindən ibarət rəmzi komanda hazırlayıb.
Fanat.az xəbər verir ki, portalın versiyasına əsasən, "11-lik"də İtaliyanın "Milan" klubunun 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç də yer alıb.
Siyahıda olan futbolçuların adlarını təqdim edirik:
Qapıçı: Yess Yoronen ("Breşiya")
Müdafiəçilər: Teo Hernandes ("Milan"), Kevin Mbabu ("Volfsburq"), Mats Hummels ("Borussiya" Dortmund), Qarri Maquayr ("Mançester Yunayted")
Yarımmüdafiəçilər: Teji Savanye ("Monpelye"), İdrissa Qeye (PSJ), Brunu Fernandeş ("Mançester Yunayted")
Hücumçular: Zlatan İbrahimoviç ("Milan"), Vissam Ben-Yedder ("Monako", Erlinq Holand ("Borussiya" Dortmund)
Qeyd edək ki, 2010 - 2012-ci illərdə də "Milan"da çıxış edən Zlatan İbrahimoviç bu ilin əvvəlində İtaliya təmsilçisinə qayıdıb. O, A Seriyasının 19 matçında iştirak edərək, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Erlinq Holand da yanvarda Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib.
Fanat.az