İbrahim Uzunca: "Futbolçular belə qazanılır"

İbrahim Uzunca: "Futbolçular belə qazanılır"

İbrahim Uzunca "Neftçi" ilə oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi bu heyətin gələcəkdə daha yaxşı oynayacağını deyib: 

“Oyunda təcrübəli olan komanda qələbə qazandı. Heyətimizdə gənc oyunçular çoxdu. Düşünürəm ki, futbolçularda müəyyən yorğunluq var. Digər tərəfdən oyunçularım əllərindən gələni edirlər. Növbəti illərdə hər şey daha yaxşı olacaq. Unutmayaq ki, futbolçular belə qazanılır. Əvəz olunan futbolçuların etirazına gəldikdə, bunu normal qarşılamaq lazımdı. Hansı oyunçu meydançadan çıxarıldığı zaman bununla razılaşır? Belə hallar futbolun qaydasıdı”. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər