Türk seriallarında görməyə alışdığımız Serenay Aktaş həm də futbolla məşğul olur. Fanat.az xəbər verir ki, 21 yaşlı aktrisa Türkiyənin qadınlardan ibarət çempionatının 2-ci liqasında mübarizə aparan "1207 Antalya Muratpaşa Bələdiyyəspor"un formasını geyinir.
Qeyd edək ki, Serenay Aktaş indiyədək "Arka Sıradakiler", "Kanıt" və "Muhteşem Yüzyıl" seriallarında, həmçinin "Çılgın Dersane 3" və "Figüran" filmlərində rol alıb. O, bu il "Survivor"un inştirakçısı olub.
Fanat.az