Harri Keynin transferi baş tutmadı: Ronaldu ilə danışıqlar başladı 

Harri Keynin transferi baş tutmadı: Ronaldu ilə danışıqlar başladı 

"Mançester Siti"nin transfer etmək istədiyi Harri Keyn "Tottenhem"də qalmaq istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bunu ingils ulduz özü deyib.

"Bazar günü azarkeşlərin məni qarşılaması və göndərdikləri mesajları oxumaq inanılmaz idi. Bu mövsüm "Tottenhem"də qalacam və komandanın uğur qazanması üçün bütün gücümü sərf edəcəm" deyə futbolçu bildirib.

Onun bu açıqlamasından sonra "Mançester Siti" heyətə başqa bir ulduz futbolçunu qatmaq üçün hərəkətə keçib. İddialara görə, Pep Qvardiolanın başçılıq etdiyi komanda Kriştianu Ronaldunu transfer etmək istəyir. Transfer pəncərəsinin bağlanmasına 6 gün qalmış danışıqlar prosesi sürətləndirilib.

Ronaldu özü də "Yuventus"dan ayrılmaq istəyir. Futbolçunun bu yay "Real Madrid", PSJ və "Mançester Yunayted"ə transferi gündəmə gəlsə də, keçid baş tutmayıb. Portuqaliyalı ulduz hətta həftəsonu "Udineze" ilə oyunda start heyətində meydana çıxmaqdan imtina edib. 

"Tutto Sport" iddia edir ki, "Mançester Siti" Ronalduya qarşılıq Qabriel Xesusu "Yuventus"a təklif edir. Turin klubu bu dəyişikliyə müsbət yanaşır. İtalyanlar Ronaldunun maaş yükündən qurtulmaq üçün belə bir addım ata bilər.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər