"Hamı bizim məhv olacağımızı düşünürdü" - "Liverpul"a 2 qol vuran Skamakka

"Hamı bizim məhv olacağımızı düşünürdü" - "Liverpul"a 2 qol vuran Skamakka

"Atalanta"nın hücumçusu Canluka Skamakka Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Liverpul" üzərində qazandıqları qələbəni (3:0) şərh edib.

Fanat.Az xəbər verir ki, İngiltərədəki matçda dublla yadda qalan forvardın dediklərini "Sky Sport Italia" belə çatdırıb:

"Bu, fantastik bir axşam oldu. Uğura əvvəldən inanırdıq, çox xoşbəxtik! Hamı bizim məhv olacağımızı düşünürdü. Amma onlara qarşı 3:0 hesablı qələbə kifayət deyil, çünki cavab oyunu da var.

Meydana cəsarətlə çıxdıq və özümüzə kömək etdik. Bu cür uğurlar fərdlər deyil, komanda tərəfindən qazanılır. Bu gün iki qol vurdum, amma komanda yoldaşlarım olmasaydı, fərqlənə bilməzdim. Qollar da hamının əməyinin nəticəsidir. Bunlar Atalanta üçün dəyərli qollardır".

Qeyd edək ki, tərəflərin cavab qarşılaşması aprelin 18-də Berqamoda keçiriləcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər