Hakimləri söyən futbolçu və məşqçi cəzalandı

Hakimləri söyən futbolçu və məşqçi cəzalandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XXXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

* AZAL - “Simurq” matçında AZAL-ın 4, “Simurq”un isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur.

- Oyunun 69-cu dəqiqəsində AZAL-ın futbolçusu Əsgər Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

- Oyunun 76-cı dəqiqəsində “Simurq”un 67 №-li futbolçusu Sərxan Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.

- Oyunun 90+4-cü dəqiqəsində AZAL-ın futbolçusu Namiq Salayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

- Oyunun 90+1-ci dəqiqəsində “Simurq”un baş məşqçisi Rövşən Babayev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 500 manat cərimə olunur.

- Oyun bitdikdən sonra “Simurq”un məşqiçisi Asif Ramazanov geniş kütlə qarşısında hakimlər briqadasını və Hakimlər Komitəsini təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 10.000 manat cərimə olunur.

- Oyun başa çatdıqdan sonra “Simurq”un futbolçusu Kamran Həsənzadə hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.

* “Bakı” - “Neftçi” matçının 65-ci dəqiqəsində “Bakı”nın futbolçusu Yusup Xakimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər