Hakimi PSJ ilə müqavilə bağlayıb danışdı

Hakimi PSJ ilə müqavilə bağlayıb danışdı
PSJ ilə müqavilə bağlayan Əşrəf Hakimi Fransa təmsilçisinə keçidi ilə bağlı emosiyalarını bölüşüb.
Fanat.Az xəbər verir ki, Milan "İnter"indən Paris klubuna keçən müdafiəçi belə danışıb:
"PSJ-də olduğum üçün şadam. Komanda yoldaşlarımı görmək üçün səbirsizlənir, bu klubda böyük işlər görmək istəyirəm. Burada daha yüksək səviyyəyə çatmaq mümkündür. 
PSJ-nin inkişafı göz qabağındadır. Bura gəlməmişdən öncə Poçettino ilə müəyyən müzakirələr apardıq. Məndən nə gözlədiyini, komanda oyunundakı rolum barədə danışdıq. Çox xoş ünsiyyət idi. Hədəflərimiz uğrunda əlimdən gələnin ən yaxşısını edəcəyəm. İrəli, Paris".
Qeyd edək ki, 22 yaşlı Hakimi bu gün müddəti 2026-cı ilə qədər olan müqaviləyə qol çəkib. Mərakeşli oyunçu Fransa komandasında "2" nömrəli futbolkanı geyinəcək.
Hakimi PSJ ilə müqavilə bağlayıb danışdı
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər