Hakim futbolçunun burnunu sındırdı - VİDEO

Hakim futbolçunun burnunu sındırdı - VİDEO

Futbol hakimi Hollandiyanın aşağı liqalarından birinin oyunu zamanı dirsək zərbəsi ilə oyunçunun burnunu sındırıb.

"Mirror"un yaydığı məlumata görə, hadisə "Barendrext" və "Sxeveningen" komandalarının oyununda baş verib. Epizodlardan birində hakim Vim Brosvort qayda pozuntusu qeydə alıb və bunu əl işarəsi ilə göstərib. Lakin, o, əlini geniş açarkən dirsəyi sol tərəfdə qaçan "Sxevening"li futbolçu Mitçell van Qastelin sifətinə dəyib. Nəticədə futbolçunun burnu sınıb.

24 yaşlı futbolçu dərhal xəstəxanaya aparılıb.//virtualorg.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər