Əfsanəvi rumın futbolçu Georgi Hacinin oğlu Yanis Hacnin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 20 yaşlı futbolçu Belçikanın "Genk" klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Genk" onun üçün Rumıniyanın "Vitorul" klubuna 10 milyon avro ödəyib. Haci 5 illik müqavilə imzalayıb.
Fanat.Az