Cari mövsümdən futzal çempionatının güclülər dəstəsində çıxış edən "Xəzər adaları" yaxın perspektivdə futbol çempionatına da qatıla bilər. Fanat.az xəbər verir ki, bu barədə klubun prezidenti Hacı İbrahim Nehrəmli məlumat verib.
Jurnalistlərlə bu gün keçirilən görüş zamanı o, "oğlum hazırda Londonda təhsil alır. Mənə futbol klubu yaratmağı da məhz o, təklif edib. Açığı, özümü idman bilicisi saymıram. Ona demişəm ki, təhsilini başa vurduqdan sonra klub yaratmasında yardımçı ola bilərəm. Sadəcə, nəyisə yaratdıqda birinci olmağa can atmalısan. Yəni futbola sərmayə qoysam, mütləq ölkədən kənarda da adımızdan söz etdirmək uğrunda mübarizə aparacam".
Fanat.az