Günün transfer xəbərləri: Zidan qayıdır?

Günün transfer xəbərləri: Zidan qayıdır?

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

Fabritsio Romano: "Tottenhem" yanvar ayında Stiven Berqveyni satmaq qərarına gəlib. Hollandiyalı futbolçu ilə müxtəlif klublar maraqlanır. Artıq “Ayaks" Berqveyn üçün təklif göndərib. Lakin “Tottenhem”lə hələ ki, razılaşma əldə olunmayıb. 

Fanat.Az idman agentliyi: Filipe Koutinyonun həyat yoldaşı "İnstagram"da İngiltərəyə yollandıqları barədə paylaşım edib. Tibbi müayinədən keçəcək braziliyalı futbolçu ilə müqavilə imzalanacaq.

"TyC Sports" saytı: Emanuel Mammana "River Pleyt"in tibbi müayinəsindən uğurla keçib.

Rob Dorset (Sky Sports): "Aston Villa" Lyuka Dinlə müqavilə bağlamağa yaxındır. Fransız futbolçu "Villa"ya keçmək istəyir. "Everton" bu transferdən 20-25 milyon funt-sterlinq qazanacaq. Şəxsi müqavilə şərtləri problem deyil.

"AS" nəşri: “Fiorentina” İskonu ödəniş etmədən transfer etmək istəyir. İspan futbolçunun "Real Madrid"lə müqaviləsi mövsümün sonunda başa çatır.

"L'Equipe" nəşri: "Olimpik Marsel" "Arsenal"ın müdafiəçisi Sead Kolasinacı transfer etmək niyyətindədir.

"Athletic" nəşri: "Latsio" qış "transfer pəncərəsi"ndə "Çelsi"nin qapıçısı Kepanı almaq istəyir. İspaniyalı qapıçı Tomas Tuxelin komandasında əsas oyunçu olmadığı üçün keçiddə maraqlıdır.

"RMC Sport" nəşri: Məşhur fransız baş məşqçi Zinəddin Zidan cari mövsüm başa çatdıqdan sonra sevimli peşəsinə qayıdacaq. Yayda, Poçettinonun gedişindən sonra 49 yaşlı mütəxəssis PSJ-yə rəhbərlik edəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər