Qış transfer pəncərəsi dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Fanat.Az baş tutmuş transfer xəbərlərini təqdim edir:
Ze Luiş (31 yaşlı hücumçu)
“Lokomotiv”dən (Rusiya) “Əl-Taavun”a (Səudiyyə Ərəbistanı) transfer olunub. Aazad agent qismində keçən futbolçu cari mövsümün sonuna qədər ərəb klubunun şərəfini qoruyacaq.
Loik Remi (35 yaşlı hücumçu)
“Rizəspor”dan (Türkiyə) “Adana Dəmirspor”a (Türkiyə) transfer olunub Futbolçu azad agent qismində keçib. O, cari mövsümün sonuna qədər Adana klubunda çıxış edəcək.
Papiss Demba Sisse (36 yaşlı hücumçu)
"Fənərbağça"dan (Türkiyə) "Rizəspor"a (Türkiyə) keçib. Azad agent qismində keçən futbolçu növbəti mövsümün sonuna qədər Rizə klubunda oynayacaq.
Yassin Benzia (27 yaşlı hücumçu)
"Dijon"dan (Fransa) "Hatayspor"a (Türkiyə) icarəyə verilib. Müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Trezege (27 yaşlı vinger)
"Aston Villa"dan (İngiltərə) "İstanbul Başakşehir"ə (Türkiyə) icarəyə verilib. Müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Pitsi (32 yaşlı yarımmüdafiəçi)
"Benfika"dan (Portuqaliya) "İstanbul Başakşehir"ə (Türkiyə) icarəyə verilib. Müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Emin Şəmsiyev