Qış transfer pəncərəsi dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Dele Alli (25 yaşlı yarımmüdafiəçi)
"Tottenhem"dən (İngiltərə) - "Everton"a (İngiltərə) transfer olunub. Müqaviləsinin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub. O, "Tottenhem"də 269 oyun keçirib və 67 qol vurub.
Ruben Semedu (27 yaşlı yarımmüdafiəçi)
"Olimpiakos"dan (Yunanıstan) "Porto"ya (Portuqaliya) keçib. Futbolçu cari mövsümün sonuna qədər icarədə oynayacaq.
Uenderson Qaleno (24 yaşlı yarımmüdafiəçi)
"Braqa"dan (Portuqaliya) "Porto"ya (Portuqaliya) transfer olunub. Keçidin məbləğ 9 milyon avro təşkil edib.
Aaron Remsi (31 yaşlı yarımmüdafiəçi)
"Yuventus"dan (İtaliya) "Reyncers"ə (Şotlandiya) keçib. Futbolçu cari mövsümün sonuna qədər satınalma seçimi ilə icarəyə verilib.
Maks Mayer (26 yaşlı yarımmüdafiəçi)
"Fənərbağça"dan (Türkiyə) "Midtyulland"a (Danimarka) keçib. O, cari mövsümün sonuna qədər satınalma seçimi ilə icarəyə verilib.
Karlos Salsedo (28 yaşlı müdafiəçi)
"Tiqres"dən (Meksika) "Toronto"ya (Kanada) keçib. Müqaviləsinin müddəti 31 dekabr 2024-cü il tarixinə qədər nəzərdə tutulub.
Yeferson Soteldo (24 yaşlı müdafiəçi)
"Toronto"dan (Kanada) "Tiqres"ə (Meksika) transfer olunub. Müqaviləsinin müddəti 2023-cü ilin sonuna qədər nəzərdə tutulub.
Benitsio Beyker (18 yaşlı vinger) keçib.
"Porto"nun U-19 komandasından (Portuqaliya) "Brayton"nun U-23 komandasına (İngiltərə) keçib. Futbolçu cari mövsümün sonuna qədər icarəyə verilib.
Yusef Belayli (29 yaşlı oyunçu)
"Qatər"dən (Qətər) "Brest"ə (Fransa) transfer olunub Əlcəzairli futbolçu yeni klubuna azad agent olaraq keçib.
Alfa Dionku (20 yaşlı müdafiəçi)
"Qranada"dan (İspaniya) "Barselona B"yə (İspaniya) keçib. Futbolçu cari mövsümün sonuna qədər icarəyə verilib.
Siriki Dembele (25 yaşlı hücumçu)
"Peterboro Yunayted"dən (İngiltərə) "Bornmut"a (İngiltərə) keçib. Transfer məbləği 1,5 milyon funt sterlinq təşkil edib.
Qoran Pandev (38 yaşlı hücumçu)
"Cenoa"dan (İtaliya) "Parma"ya (İtaliya) transfer olunub. Futbolçu yeni klubu ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb.
Donni van de Bek (24 yaşlı yarımmüdafiəçi)
"Mançester Yunayted"dən (İngiltərə) "Everton"a (İngiltərə) keçib. Futbolçu 2021/22-ci illər mövsümünün sonuna qədər icarədə olacaq.
İnyaki Penya (22 yaşlı qapıçı)
"Barselona" B-dən (İspaniya) "Qalatasaray"a (Türkiyə) keçib. Futbolçu 2021/22-ci illər mövsümünün sonuna qədər icarədə olacaq.
Mett Target (26-sol müdafiəçi)
"Aston Villa"dan (İngiltərə) "Nyukasl Yunayted"ə (İngiltərə) keçib. Futbolçu 2021/22-ci illər mövsümünün sonuna qədər icarədə olacaq.
Brayan Hil (20 yaşlı vinger)
"Tottenhem"dən (İngiltərə) "Valensiya"ya (İspaniya) transfer olunub. Futbolçu 2021/22-ci illər mövsümünün sonuna qədər icarədə olacaq.
Pyer Emerik Obameyanq (32 yaşlı hücumçu)
"Arsenal"dan (İngiltərə) "Barselona"ya (İspaniya) keçib. 2023-cü ilin yayına qədər icarə əsasında La Liqa təmsilçisinin heyətində çıxış edəcək.
Emin Şəmsyev