Günün transfer xəbərləri: Silva "Barselona"nın maraq dairəsində

Günün transfer xəbərləri: Silva "Barselona"nın maraq dairəsində

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Manchester Evening News" nəşri: “Mançester Yunayted” "Vilyarreal"ın müdafiəçisi Pau Torreslə maraqlanıb. MY ötən yay fransalı Rafael Varanı transfer etməmişdən öncə Pau variantını da nəzərdən keçirib. Torres bu yay yeni təkliflərə açıqdır".

 "The Mirror" nəşri: "Həftəsonu "Mançester Yunayted" gələn mövsümdən komandaya rəhbərlik edəcək Erik ten Haqı ictimaiyyətə təqdim edəcək. İddialara görə, artıq bu qərarla bağlı futbolçular da məlumatlandırılıb və Mançester təmsilçisində kadr islahatlarına başlanılıb. Artıq klubda 16 il çalışmış skautlar şöbəsinin rəhbəri Cim Lovlor və qlobal skaut axtarışının rəhbəri Marsel But tutduqları vəzifələrdən azad ediliblər".

"Bild" nəşri: "Bayern Münhen" Robert Levandovskini 40 milyon avroya satmağa hazırdır. Yaxın vaxtlarda Münhen rəhbərliyi futbolçunun agenti Pini Zahavi ilə görüşəcək. Almaniya klubu polşalı forvardı yay transfer pəncərəsi zamanı satacağını istisna etmir".

"Tottenhem"in rəsmi saytı: "Oliver Skipp "Tottenhem"lə olan müqaviləsinin müddətini 2027-ci ilin iyununa qədər uzadıb. Futbolçu 5 yaşından Hotspur klubunun akademiyasında (2015-ci ildə əsas komandada) çıxış edir.

"Marca" nəşri: "Çelsi"nin müdafiəçisi Antonio Rüdiger karyerasını "Real Madrid"də davam etdirə bilər. İspaniya klubu yay transfer pəncərəsində onunla müqavilə imzalamaq imkanlarını araşdırır. 29 yaşlı almaniyalı maliyyə tələblərini azaldacağı təqdirdə, "Real" arxa xətt oyunçusunun nümayəndələri ilə mümkün keçid məsələsini müzakirə edəcək. Rüdiger özü Madrid klubunun formasını geyinməkdə maraqlıdır".

Fabritsio Romano, insayder: “Liverpul” yaxın həftələrdə Fabiu Karvalyunun transferini elan etmək üçün bütün lazımi sənədləri imzalamağa hazırdır".

“The Times” nəşri: “Keyn “Tottenhem”də qalacaq. “Mançester Siti” və “Mançester Yunayted” yayda onu heyətinə qatmaq niyyətində deyil. 28 yaşlı forvard ötən yay "Mançester Siti"yə keçməyə yaxın olsa da, onun bu planı uğursuzluqla nəticələnmişdi. "Şəhərlilər" Dortmund "Borussiya"sından Erlinq Holandın alınması üzərində fəal işləyirlər".

"Fichajes" nəşri: "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva "Barselona"nın maraq dairəsindədir. 27 yaşlı portuqaliyalı futbolçu PSJ və "Yuventus"un da hədəfinə çevrilib".

Fabritsio Romano, insayder:  “Bayern Münhen" yaxın günlərdə Mazrauinin transferini tamamlayacaq. Son görüşdə futbolçunun agenti Mino Rayola ilə şifahi razılıq əldə olunsa da, müqavilə hələ imzalanmayıb”.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər