Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Le Parisien" nəşri: PSJ "Yuventus"a Mauro İkardini Moyze Kin ilə dəyişməyi təklif edir. "Yuventus" belə bir razılaşmanı nəzərdən keçirməyə hazırdır, lakin bu və ya digər istiqamətdə əlavə ödənişin olub-olmayacağı hələlik bəlli deyil.
Santi Aouna "Foot Mercato" nəşri: "Trua" "Inter Mayami"nin yarımmüdafiəçisi Bleys Matuidi ilə müqavilə bağlamaq arzusundadır, lakin razılaşma çox çətindir. Müraciət edənlər arasında Qətərin “Əl-Qarafa” klubu da var.
"Sky Sports" saytı: "Uotford" Denni Roza yeni klub axtarmağa başlaya biləcəyini söyləyib.
Canluka Di Martsio: 33 yaşlı yarımmüdafiəçi Tomas Rinkon sabah "Sampdoriya"da tibbi müayinədən keçəcək. Hazırda klublar arasında sənədlər mübadiləsi aparılır.
"The Mirror" nəşri: Neytan Tella "Sauthempton" ilə müqaviləsini 2024/25 mövsümünün sonuna qədər uzadıb. Tella 2017-ci ildə "Sauthempton" akademiyasına qatılıb.
"L'Equipe" nəşri: PSJ heyətini "Lion"un ulduzu Lukas Paketa ilə gücləndirmək istəyir.
"Fanat.Az" saytı: Kristian Eriksen bir neçə gündür İsveçrənin "Çiasso" klubunda məşq edir.


Baş tutmuş transfer xəbərləri:
Yurgen Lokadia (28 yaşlı hücumçu)
"Brayton"dan (İngiltərə) "Bohum" (Almaniya) klubuna transfer olunub.
Azad agentdir. Müqavilə 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, 2020-ci ilin fevralından 2021-ci ilin iyununa kimi icarə əsasında MLS-də "Sinsinnati"də oynayıb. Bu mövsüm cəmi dörd oyun keçirib.
Etan Lerd (20 yaşlı müdafiəçi)
"Mançester Yunayted"dən (İngiltərə) - "Bornmut"a (İngiltərə) keçid edib
2021/22 mövsümünün sonuna qədər icarəyə verilib. O, mövsümün ilk yarısını icarə əsasında “Suonsi Siti”də keçirib. Lerd İngiltərə U-19 millisini beynəlxalq səviyyədə təmsil edir.
Natan (25 yaşlı oyunçu)
"Atletiko Mineiro"dan (Braziliya) "Fluminense"yə (Braziliya) ikeçib 31 dekabr 2022-ci ilə qədər icarəyə verilib. Futbolçu 2020-ci ilin yayında "Çelsi"ni tərk edib.
Camilo (22 yaşlı yarımmüdafiəçi)
"Lion"dan (Fransa) "Kuiaba"ya (Braziliya) icarəyə verilib. 31 dekabr 2022-ci ilə qədər Braziliya klubunun şərəfini qoruyacaq.
Nabil Bentaleb (27 yaşlı yarımmüdafiəçi)
"Şalke 04"dən (Almaniya) "Anje"yə (Fransa) keçid edib.
Azad agentdir. Müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Samir (27 yaşlı mərkəz müdafiəçisi)
"Udineze"dən (İtaliya) "Uotford"a (İngiltərə) keçid edib.

Müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub. Bu mövsüm o, 19 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Şəmsiyev