Günün transfer xəbərləri: Ronaldu rəsmi olaraq təqdim olundu

Günün transfer xəbərləri: Ronaldu rəsmi olaraq təqdim olundu

Qış transfer pəncərəsi dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

Fabritsio Romano, futbol insayderi: "Bayern Münhen" Antonio Rüdigerin maaş tələblərini yerinə yetirə bilməyəcək və onunla azad agent kimi müqavilə imzalamayacaq.

"La Tercera" nəşri: "Tottenhem" "İnter"dən Arturo Vidalı dəvət etməyi düşünür. 34 yaşlı futbolçu bu yay azad agent kimi İtaliya klubundan ayrılmaq istəyir.

"Сalciomercato" nəşri: "Atalanta" Dieqo Kostanı Duvan Zapatın əvəzləyicisi kimi nəzərdən keçirir. Kosta hazırda azad agentdir.

"El Nacional" nəşri: "Vilyarreal" "Real Madrid"in müdafiəçisi Xesus Valyexonu transfer etmək niyyətindədir. 

Baş tutmuş transfer xəbərləri:

Kriştianu Ronaldu Cunior rəsmi olaraq "Mançester Yunayted" Akademiyasının futbolçusu kimi təqdim edilib.

Kirill Kravtsov (19 yaşlı yarımmüdafiəçi)

"Zenit"dən (Rusiya) "Nijni Novqorod"a (Rusiya) icarəyə verilib. Futbolçu cari mövsümün sonuna qədər klubda oynayacaq.

Duqlas Kosta (31 yaşlı cinah oyunçusu)

"Yuventus"dan (İtaliya) "Los Anceles Qalaksi"yə (ABŞ) icarəyə verilib. Futbolçu 30 iyun 2022-ci il tarixinədək ABŞ klubunda oynayacaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər