Günün transfer xəbərləri: Ronaldu və Mbappe transferində son durum

Günün transfer xəbərləri: Ronaldu və Mbappe transferində son durum

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

İdman jurnalisti Fabritsio Romano: Kriştianu Ronaldu (Cristiano Ronaldo) cümə günü "Yuventus" futbolçuları ilə vidalaşacaq. Futbolçu klubdan ayrılacaq. "Mançester Siti" əsas iddiaçıdır. "Yuventus" artıq futbolçuya əvəzedici axtarmağa başlayıb.

"MARCA" nəşri: Kilian Mbappe (Kylian Mbappe) 170 milyon avro üstəlik 10 milyon avro bonusla "Real Madrid"ə keçməyə yaxındır. Hər şey PSJ-nin tələbləri azaldacağına və futbolçunun uşaqlıq arzusunun yerinə yetirilməsinə gətirir.

Fabritsio Romano idman jurnalisti: "Atletiko Madrid" Zeki Çelikin transferi ilə bağlı "Lill"lə danışıqlara başlayıb.

Matteo Moretto idman jurnalisti: "Tottenhem" artıq "Lill"dən Serj Orye (Serge Aurye) üçün təklif alıb.

Baş tutmuş transfer xəbərləri:

Lovro Mayer (23 yaşlı vinger)

"Dinamo Zaqreb"dən (Xorvatiya) "Renn" (Fransa) klubuna keçidi reallaşdırıb. Transfer məbləği 12 milyon avroolan futbolçu müqaviləsini 2025/26 mövsümünün sonuna qədər imzalayıb. Ötən mövsümün statistikası: 49 oyun (11 qol və 14 asist). 

Günün transfer xəbərləri: Ronaldu və Mbappe transferində son durum

Aaron Bupenza (25 yaşlı hücumçu)

"Hatayspor"dan (Türkiyə)  "Əl -Ərəbi" (Qətər) klubuna transfer olunub. Transfer məbləği 4.25 milyon avro olan futbolçu müqaviləsini 2023/24 mövsümünün sonuna qədər imzalayıb.

Günün transfer xəbərləri: Ronaldu və Mbappe transferində son durum

Mateo Kassyerra (Mateo Cassierra) (24 yaşlı hücumçu)

"Belenenseş"dən (Portuqaliya)  "Soçi" (Rusiya) klubuna Müqavilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Amin Adli (21 yaşlı oyunçu)

"Tuluza"dan (Fransa)  "Bayer 04" (Almaniya) klubuna transfer olunub. Transfer məbləği: 15 milyon avro olan futbolçu klubla müqaviləsini 2025/26 mövsümünün sonuna qədər imzalayıb. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər