Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Sky Sports" xəbər kanalı: Quardiola (Josep Guardiola) 2023-cü ildə başa çatacaq müqaviləsinin sonunda "Mançester Siti"dən ayrılacaq.
Canluka Di Martsio: Jül Künde (Jules Kounde) 50 milyon avroya "Sevilya"dan "Çelsi"yə keçəcək.
"MARCA" nəşri: Villian Joze (Willian Jose) "Real Betis"ə keçmək üçün İspaniyaya gəlib.
"Eurosport" xəbər kanalı: Rişarlison (Richarlison) PSJ-də Mbappeni (Kylian Mbappe) əvəz etməyə hazırlaşır. Mbappe "Real"a gedəcəyi təqdirdə onun transferi baş tuta bilər. Rişarlison bu keçidə dərhal razılıq verib.
Baş tutmuş transfer xəbərləri:
Tomas Delani (Thomas Delaney) (29 yaşlı yarımmüdafiəçi)
"Borussiya Dortmund"dan (Almaniya) "Sevilya"ya (İspaniya) keçidini tamamlayıb. Transfer məbləği 6 milyon avro olan futbolçu müqaviləsini 2024/25 mövsümünün sonuna qədər imzalayıb

Franserjio (Fransergio) (30 yaşlı yarımmüdafiəçi)
"Braqa"dan (Portuqaliya) "Bordo"ya (Fransa) transfer olunub. Müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulur.
Markos Andre (Mrcos Andre) (24 yaşlı hücumçu)
"Real Valyadolid"dən (İspaniya) "Valensiya"ya (İspaniya) transfer olunub. Transfer məbləği 8,5 milyon avro olan futbolçunun müqaviləsini müddəti 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, keçən mövsüm 23 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Toma Basic (24 yaşlı yarımmüdafiəçi)
"Bordo"dan (Fransa) "Latsio" (İtaliya) klubuna transfer olunub. Transfer məbləği 7 milyon avro olan futbolçu müqaviləsini 2024/25 mövsümünün sonuna qədər imzalayıb.

Lukas Torreira (25 yaşlı yarımmüdafiəçi)
"Arsenal"dan (İngiltərə) "Fiorentina"ya (İtaliya) keçidini tamamlayıb.
15 milyon avroya satın alma hüququ ilə 2021/22 mövsümünün sonuna qədər müqavilə imzalayan futbolçu ötən mövsümü icarə əsasında "Atletiko" da keçirib.
Emin Şəmsiyev