Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Xavi Usman Dembelenin "Barselona"da qalıb-qalmayacağı ilə bağlı: "Heç nə bilmirəm. Hər şey onun özündən asılıdır".
"Manchester Evening News" saytı: "Mançester Siti"nin qapıçısı Zak Şteffen icarə əsasında "Midlsbro"ya keçməyə hazırdır".
Fabritsio Romano, insayder: "Çelsi" Jül Künde, Kalidu Kulibali və Natan Akeni heyətinə qatmaq istəyir".
Baş tutmuş transfer xəbərləri:
Rudi Qarsiya “Əl-Nəsr” klubunun yeni baş məşqçisidir.

PSJ-nin 19 yaşlı sabiq futbolçusu Xavi Simons azad agent qismində PSV-yə keçib. Simonsun imza atdığı müqavilənin müddəti 2026/27-ci ilılər mövsümünün sonuna qədər nəzərdə tutulub.

"Real Madrid" və PSJ-nin 29 yaşlı sabiq futbolçusu Xese Rodriges azad agent qismində Türkiyənin "Ankaragücü" klubuna keçib. Müqavilə 2022/23-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Emin Şəmsiyev