Qış transfer pəncərəsi dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Fanat.Az baş tutmuş transfer xəbərlərini təqdim edir:
Semih Kaya (30 yaşlı müdafiəçi)
"Yeni Malatyaspor"dan (Türkiyə) "Qalatasaray"a (Türkiyə) keçib. Futbolçu İstanbul klubuna azad agent qismində transfer olunub.
Şeyx Niass (22 yaşlı yarımmüdafiəçi)
"Lill"dən (Fransa) "Yanq Boyz"a (İsveçrə) keçib. Müqaviləsinin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Serxio Kordova (24 yaşlı hücumçu)
"Ausburq"dan (Almaniya) "Real Solt Leyk"ə (ABŞ) keçib. Futbolçu 31 dekabr 2022-ci ilə qədər icarədə olacaq.
Qabriel İanku (27 yaşlı cinah/hücumçu)
"Axmat"dan (Rusiya) "Farul Konstanta"ya (Rumıniya) keçib. Futbolçu cari mövsümün sonuna kimi icarədə olacaq.
DeAndre Yedlin (Sağ cinah müdafiəçisi)
"Qalatasaray"dan (Türkiyə) "İnter Mayami"yə (ABŞ) transfer olunub. Azad agent qismində keçən futbolçu 31 dekabr 2026-cı il tarixinədək ABŞ-da çıxış edəcək.
"Bayer Leverkuzen" yeni transferi Serdar Azmunu təqdim edib.
Emin Şəmsiyev